“Araz-Naxçıvan” bu gün 3-cü transferini açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ömər Buludov heyətə cəlb edilib.

"Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən bu mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.