Misli Premyer Liqasının 2023/24 mövsümü başa çatdı.
“Qarabağ”ın çempionluğu vaxtından əvvəl təmin etməsini nəzərə almasaq, maraqlı “futbol ili”nə şahidlik etdik. Avrokuboklar mübarizəsi son həftəyə qədər davam etdi. “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan” liqaya əlavə maraq qatdı. Tək üzücü məqam “Qəbələ”nin Premyer Liqada qalmaması oldu. Lakin idman prinsiplərini qorumaq lazımdır. AFFA rəhbərliyi də buna riayət etdi.
Mövsüm ərzində ən çox müzakirə olunan məsələlərdən biri “Araz-Naxçıvan”ın Muxtar Respublikada oyun keçirməməsi oldu. Bir çoxları qeyd edirdi ki, klub lisenziyanın şərtlərini pozub. Bu, həqiqətən belədir? Sualımızı Lisenziya Komissiyasının sədri Elçin Məmmədova ünvanladıq. Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“UEFA qaydalarında bununla bağlı konkret qərar yoxdur. Yəni, klub məcbur deyil ki, təmsil etdiyi şəhərdə oyunu keçirsin. UEFA deyir ki, komandanın assosiasiyanın yerləşdiyi ölkənin ərazisində stadionu olmalıdır. Yəni, “Araz-Naxçıvan”ın sifariş verdiyi arena Premyer Liqanın tələblərinə uyğundur. Hansısa qayda pozuntusu yoxdur”.