Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov karyerasını “Turan Tovuz” klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi təcrübəli futbolçu ilə "1+1" illik müqavilə imzalayıb.

Son olaraq “Araz-Naxçıvan”ın şərəfini qoruyan müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, eləcə də Polşanın “LKS Lodz” və “Radomiak” klublarında çıxış edib.

O, Tovuz klubunun mövsümlərarası fasilədə 4-cü transferi olub. Daha əvvəl onlara Dioqo Balau, Aleksey Kenyaykin və Stiv Beusnard qoşulub.