“İmişli” futbol klubu Quba şəhər stadionunda çəkilən görüntülərlə bağlı açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, məlumatda deyilir: “Digər klublardan fərqli olaraq, “İmişli” peşəkar futbol klubu Quba Arenanın icarə haqqını müqavilə şərtlərinə uyğun şəkildə vaxtında ödəyir.

Eyni zamanda qeyd etmək istərdik ki, mövcud müqaviləyə əsasən, stadionda aparılan bütün təmir və yaxşılaşdırma işləri icarədarın məsuliyyətinə daxildir. Bu çərçivədə, meydançanın Premyer Liqa tələblərinə uyğun vəziyyətə gətirilməsi də birbaşa icarədarın öhdəliyidir”.

Qeyd edək ki, yayılan videoda qapı torunun pis vəziyyətdə olmasına dair görüntülər əksini tapıb.