“Misli” və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Domi Massumo mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
“Qəbələ” klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” görüşündən əvvəl “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.


