"Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər".
Offsideplus.az xəbər verir ki, bunu "Şamaxı" ilə matçdan sonra "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
O, hakimlik barədə bunları da söyləyib:
"Matçı şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Belə hal futbola yaraşmır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər".
Qeyd edək ki, "ağ-qaralar" Misli Premyer Liqasının XXII turunda səfərdə "Şamaxı" ilə heç-heçə edib - 2:2.



