“Heyətlə bağlı hər hansı problem yoxdur”.
Bu sözləri Offsideplus.az saytına qçıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. Klub rəsmisi Misli Premyer Liqasının 22-ci turunda baş tutacaq “Qarabağ” - “Sabah” matçı haqqında danışıb: “Pavol Şafranko zədəli olduğu üçün bu oyunda iştirak etməyəcək. Bir də Stiv Solvetin həftə sonu meydana çıxıb çıxmayacağı tam bəlli deyil”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma martın 1-də baş tutacaq. Matç saat 19:00-da start götürəcək.


