"Sabah"ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasında yubiley matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, XXI tur çərçivəsində baş tutan "Kəpəz"lə görüş (1:0) almaniyalı futbolçu üçün çempionatdakı 100-cü oyun olub.
32 yaşlı forvard bu göstəriciyə yalnız bir klubun – "Sabah"ın heyətində imza atıb. O, keçirdiyi 100 qarşılaşmada 47 dəfə rəqib qapılarına yol tapıb.
Mikels Premyer Liqa tarixində ən azı 100 oyun keçirən legionerlər arasında ən yüksək orta məhsuldarlığa (0.47) malik oyunçudur. Ümumi siyahıda isə o, bu göstərici ilə 7-ci yerdə qərarlaşıb.
2021-ci ildə ölkəmizdə debüt edən futbolçu, 2021-2023-cü illərdəki çıxışından sonra 2024-cü ildə yenidən paytaxt klubuna qayıdıb.



