Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin proqramı bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bu raundun qarşılaşmaları üç günü əhatə edəcək.

Azərbaycan Kuboku

1/4 final, cavab matçları

3 mart

19:00. "Zirə" – "Sumqayıt"

Zirə İdman Kompleksinin stadionu

4 mart

19:00. "Qarabağ" – "Şamaxı"

Tofiq Bəhramov adına Respublika stadionu

5 mart

14:30. "Kəpəz" – "Turan Tovuz"

Yevlax şəhər stadionu

18:00. "Qəbələ" – "Sabah"

Qəbələ şəhər stadionu