"Zirə" hücumçusu Yeqor Boqomolskini icarəyə verib.
Offsideplus.az xəbər verir ki, belaruslu forvard cari mövsümün sonunadək "Ural" klubunda çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti yayıb.
Rusiya klubu 25 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüqunu da malikdir.
Boqomolski ötən ilin yayında "Zirə"yə qoşulub. O, burada 22 oyunda 1 qol vurmağı bacarıb.


