"Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında 100-cü qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, yubiley qələbə fevralın 14-də baş tutan "Karvan-Yevlax" oyuna təsadüf edib - 1:0.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

R. Sadıqov 2020-ci ildən "Zirə"ni çalışdırır.

O, 220-ci matçında 100-cü qalibiyyətinə sevinib.

Qalibiyyətlərdən 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü isə avrokuboklarda qeydə alınıb.