“Bütün oyunlara ciddi yanaşırıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasında XX turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri matçdan sonra deyib.
Mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı dəyərləndirib:
“Rəqibi təbrik edirəm. Hesab edirəm ki, bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Son üç oyunumuz da bərabər səviyyədə keçdi. Sadəcə, bəzən alınır, bəzən yox”.
Baş məşqçi növbəti oyunlar haqqında da danışıb:
“Əslində deməzdim ki, zəif komandalardır. Qəbələ də yaxşı komandadır. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq”.
Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.


