“Karvan-Yevlax” hər oyuna "ölüm-qalım" mübarizəsi kimi çıxır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Karvan-Yevlax"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib
Mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirlərini bölüşüb: "Gərgin oyun keçəcəyini bilirdik. Belə də oldu. 2-ci və ya 3-cü qolu vursaydıq, bəlkə də matç daha rahat keçə bilərdi. Vacib olan odur ki, qalib gəldik və rəqibə qol epizodu vermədik".
Sadıqov bu mövsümdə komandanın əsas hədəflərindən də danışıb:
"Ən azından avrokuboklara düşmək istəyirik. Bu mövsüm rəqabət fərqlidir: iki komanda çempionluq, digər 5 komanda isə avrokubok uğrunda mübarizə aparır. Əsas istəyimiz isə zədəlilərimiz az olması və futbolçuların yaxşı formada olmağıdır".
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir.


