"Qarabağ" Çempionlar Liqasındakı rəqibi "Nyukasl"ın braziliyalı futbolçusu Bruno Gimarayeş zədələnib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 2 ay komandasına kömək edə bilməyəcək.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Gimarayeş cari mövsüm "Nyukasl"ın məhsuldar futbolçularından biri idi.
O, 35 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı ilk matç 18 fevralda Bakıda olacaq.


