Misli Premyer Liqasında XX tur çərçivəsində "Zirə" bu gün "Karvan-Yevlax"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisində qələbəsizlik seriyası bu oyunda da davam edib.

"Qartallar" Davit Volkovun vurduğu qolla rəqibini məğlub edib.

"Zirə" xalını 35 edib və 3-cü yerə yüksəlib.

"Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-ci yerin sahibidir.

Misli Premyer Liqası, XX tur

14 fevral (şənbə)

17:00 “Zirə” – “Karvan-Yevlax” 1:0

Qol: Davit Volkov, 20

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Zirə İdman Kompleksinin stadionu