Azərbaycan Basketbol Liqasında (ABL) XVII tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün ilk görüşü Şəkidə olub.
"Şəki" "Neftçi"ni qəbul edib.
"Ağ-qaralar" rəqibini 16 xal fərqlə məğlub edib - 93:77.
Turun qapanış oyununda isə NTD və "Sabah" üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan matçda "bayquşlar" çətinlik çəkmədən qalib gəlib - 103:87.
Görüşün ən məhsuldar oyunçusu 30 xalla çıxış edən Castin Tilmann ("Sabah") olub.
Turun əvvəlki oyunlarında bu nəticələr qeydə alınıb:
"Lənkəran" - "Sərhədçi" 69:83
"Sumqayıt" - "Naxçıvan" 107:110
"Gəncə" - "Abşeron Lions" 71:81
"Ordu" - "Quba" 98:87


