"Turan Tovuz"un futbolçusu Hayderson Hurtado "Sumqayıt"la matçda futbol meydanlarında tez-tez görmədiyimiz bir hadisəyə imza atıb.
Offsideplus.az xəbər verir ki, o, həm öz qapısına, həm də rəqibin qapısına yol tapmağı bacarıb.
Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı.
Orxan Əliyev "Sabah" – "Kəpəz" görüşündə (2:2) hər iki qapıya yol tapıb.
Bunu edən sonuncu legioner futbolçu isə Mateus Saldanya olub. O, "Neftçi" – "Qarabağ" görüşünün (2:4) 40-cı dəqiqəsində qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.


