"Kəpəz" Misli Premyer Liqasının XVII turunda səfərdə "Qarabağ"ı məğlub etməyi bacarıb - 2:0.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi 24 il aradan sonra güclü rəqibini məğlub edə bilib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Kəpəz" sonuncu dəfə 2002-ci ildə, aprelin 6-da evdə 3:0 hesabı ilə Ağdam klubunu məğlubiyyətə uğratmışdı.
Arada keçən 37 oyunda "Qarabağ" 30 qələbə qazanmışdı. 7 görüş isə heç-heçə başa çatmışdı.
"Kəpəz"in sonuncu səfər qələbəsi isə 1999-cu ildə qeydə alınıb. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.


