"Turan Tovuz" Misli Premyer Liqasında XVII turunda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan razı qalıb:

"İkinci qolu daha tez vursaydıq, oyun daha rahat alınardı. Epizodlarımız var idi. Uşaqlara vəziyyəti düzəltdikləri üçün təşəkkür edirəm".

Təcrübəli mütəxəssis son olaraq qış fasiləsindəki hazırlıqdan razı qaldığını bildirib.