"Sumqayıt" Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra komandanın məşqçisi Veliçko Kaplanoviç oyunla bağlı fikirlərini bildirib:
"İlk hissədəki çıxışımız gözlədiyimizdən zəif alındı. Standart vəziyyətlərdə problemlərimiz oldu, rəqib də bundan istifadə etməyi bacardı. Hətta deyərdim bəxtimiz gətirdi ki belə epizodlardan az qol buraxdıq. İkinci hissəni isə nisbətən yaxşı çıxış etdik. Fərqlənmək üçün bir neçə şansımız da oldu. Belə komandalara qarşı hər iki hissədə daha yaxşı çıxış etmək lazımdır. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.
Mütəxəssis müdafiədəki problemlərlə bağlı isə bunları deyib:
"Artıq yeni müdafiəçi gətirmişik. Problemi bilirik və müzakirələrimiz olub. Yaxşı oyunçu tapmaq asan deyil.


