“Turan Tovuz” yeni transferini açıqlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Aston Villa”nın yetirməsi olan ingiltərəli Coş Cinnelli ilə 1,5 + 1  illik müqavilə bağlanıb.

Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, "Altrinhem", “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.