“Uşaqlar yaxşı mübarizə apardılar”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 17-ci turunda  "Qarabağ"a qarşı keçirdikləri matçdan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Əvvəla “Qarabağ”ı Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik edirəm. Matça gəlincə isə deyim ki, çətin oyun olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. "Qarabağ" bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.

Uşaqlara demişdim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu oyuna axırıncı matç kimi yanaşmaq lazımdır. Mübarizə apardılar, qollar vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq".

Qeyd edək oyun “Kəpəz”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.