Misli Premyer Liqasının XVII turunda "Neftçi" - "Zirə" matçı qolsuz heç-heçə ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
"Biz bütün oyunu götürsək, ilk hissə bizim üçün o qədər də uğurlu olmadı. Təlim-məşq toplanışlarımızda nəzarət-kontrol oyunlar oynayırıq. Hamı bilir ki, bu oyunlar o qədər də nəticələr gətirmir. Məşq prosesində bəzən heyəti dəyişirdik. Burada qabağımızda dayanan tələblər çətindir. Çünki hər oyunda xal qazanmalıyıq. Olduğumuz yerdən yuxarı qalxmaq istəyirik. Bizim oyunçularımızın nəticədən məyus olduqlarını gördüm. Bizim qarşıda görəcəyimiz oyunlar çoxdur. Daha çox üzərimizdə işləyəcəyik ki, daha çox qələbələr görək".


