Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin"də növbəti döyüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı döyüşçü 66 kq çəki dərəcəsi üzrə braziliyalı Kleber Koyke ilə qarşılaşıb. 3 raund davam edən döyüşdə Koyke qələbə qazanıb.
Qeyd edək ki, Vüqar bu ayın 3-də yaponiyalı Koyomi Matsuşima ilə döyüşməli idi. Lakin o, zəhərləndiyi üçün bu döyüşdən imtina etməli olmuşdu.



