"Qalatasaray" Çempionlar Liqasında "Yuventus"la qarşılaşmadan əvvəl artıq 42,5 milyon avro gəlir əldə etmişdi.
Offsideplus.az xəbər verir ki, turnirə birbaşa vəsiqə qazanan "sarı-qırmızılar" iştirak payı olaraq 18,62 milyon avro qazandı.
"Yuventus"u kənarlaşdıran "Qalatasaray"ın gəliri rekord həddə çatıb. Liqa mərhələsində keçirdiyi 8 oyundan 3 qələbə və 1 heç-heçə əldə edən komanda, bu performansı ilə 7 milyon avro qazandığı halda, liqadakı sıralamasına görə 5,08 milyon avro gəlir əldə edib.
Yayımı hovuzunun dəyərləndirilməsindən 6,41 - 10,41 milyon avro (orta hesabla 8,41 milyon avro) qazanan İstanbul klubunun UEFA əmsalı payına düşən məbləğ isə 2,42 milyon avro oldu.
"Sarı-qırmızılılar" son 16 pley-off mərhələsinə qaldığı üçün 1 milyon avroluq gəliri də büdcəsinə əlavə etmişdi.
"Qoca sinyora"nı keçərək növbəti mərhələyə yüksələn "Qalatasaray" 11 milyon avroluq mükafatı da əldə edib.
Beləliklə, komandanın bu mövsümkü ümumi gəliri 53,5 milyon avroya çatdı.
Onu qeyd edək ki, Çempionlar Liqasında qalan mərhələləri keçmək komandalara bu məbləğləri qazandıracaq.
1/4 final: 12,5 milyon avro
1/2 final: 15 milyon avro
Final: 18,5 milyon avro
Çempionluq: 6,5 milyon avro


