Kristian Kivunun “İnter”lə müqaviləni uzatmağa çox yaxın olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq və əlavə olaraq 2029-cu ilin yayınadək artırılma maddəsi də nəzərdə tutulur.
Bundan başqa, Kivunun maaşında da artım ediləcək.
Rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi gözlənilir.


