İslam Maxaçev karyerasındakı tək məğlubiyyəti xatırlayıb.
Offsideplus.az xəbər verir ki, o, artıq revanş şansının qalmadığını bildirib:
"Cəmi bir məğlubiyyətim var. Hər zaman beynimdə onu bağlamaq, revanş almaq şansımın olduğunu düşünürdüm. Amma artıq bunun mümkün olmadığını bilirəm.
Amma Umarın bunun üçün yaxşı şansı var".
Qeyd edək ki, İslamın yeganə məğlubiyyəti 2016-cı ildə Adriano Martinslə döyüşdə olub.
Umar isə ötən il kəmər döyüşündə Merab Dvalişviliyə məğlub olmuşdu. Bu, onun karyerasında uduzduğu yeganə döyüşdür.



