İslam Maxaçev Ramazan ayından sonra döyüşmək istədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, aprel, may və iyun aylarından birində oktaqona çıxacaq.

Qeyd edək ki, İslam son olaraq Cek Della Maddalenanı məğlub edərək yüngül orta çəkidə kəmərin sahibi olub.

O, bu dəfə kəmərini müdafiə etməyə çalışacaq.

Rəqibin kimliyi isə hələlik məlum deyil.