UFCVankuver tədbirində oktaqona çıxacaq döyüşçülər məlum olub.

Offsideplus.az xəbər verir ki, Hamzat Çimayevi döyüşə çağıran Renye de Ridder burada Entoni Ernandeslə döyüşəcək.

Hər iki döyüşçünün UFC karyerasında cəmi 2 məğlubiyyəti var. De Ridder son 5 görüşündə qələbə qazanıb. Ernandes isə 8 döyüşdür məğlub olmur.

Gecənin digər maraqlı qarşılaşmaları isə Marlon Vera - Aymann Zahabi və Kevin Holland - Mayk Malott arasında olacaq.

Tədbir oktyabrın 18-də, Kanadanın Vankuver şəhərində keçiriləcək.

Qeyd edək ki, H. Çimayevin bu il bir daha oktaqona çıxmayacağı gözlənilir.