"UFC 316"da Merab Dvalişvili kəmərini qorumaq uğrunda yüngül orta çəkidə Şan Omalli ilə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, üçüncü raundda ABŞ-li döyüşçünü boğaraq təslim olmağa məcbur edən Merab ardıcıl 13-cü qələbəsini qazanıb. Gürcüstanlı idmançı karyerasında ikinci dəfə Şan Omallini məğlub edib və UFC yüngül orta çəkidə kəmərini qoruyub. 

Qeyd edək ki, Merab iyunun 21-də Bakıda ilk dəfə keçiriləcək UFC Döyüş Gecəsinin ulduz qonaqlarından biri olacaq.