Döyüş dünyasının iki əfsanəsi Konor Makqreqor və Maks Hollouey uzun fasilədən sonra yenidən üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, idmançıların səbirsizliklə gözlənilən revanş qarşılaşması öncəsi ənənəvi üzləşmə (faceoff) mərasimi baş tutub.

Hər iki döyüşçünün olduqca aqressiv və iddialı göründüyü üzləşmə yaddaqalan anlarla zəngin olub. Makqreqorun döyüşdən əvvəl verdiyi "Maksın üzərində partlamağı gözləyirəm" tipli qalmaqallı açıqlamalarından sonra tərəflərin göz-gözə gəldiyi anlarda gərginlik pik həddə çatıb. Təşkilatçılar idmançıların bir-birinə fiziki təmas etməməsi üçün ciddi təhlükəsizlik tədbirləri görüblər.

Qeyd edək ki, bu döyüşçülər ilk dəfə 2013-cü ildə qarşılaşıblar və həmin vaxt Konor xal hesabı ilə qalib gəlib. Şənbə günü baş tutacaq bu döyüş həm Makqreqorun iddialı qayıdışı, həm də Holloueyin revanş alması baxımından böyük əhəmiyyət daşıyır.