UFC-nin prezidenti Dana Uayt "Ağ Ev" keçiriləcək tədbirlə bağlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 56 yaşlı biznesmen bunları söyləyib:

"
Ağ Ev" kartını bu həftə dəqiqləşdirəcəyik. Bu, "bənzəri bir daha olmayacaq" bir tədbir olacaq. Bir daha əsla təkrarlanmayacaq bir şey. Logistik məsələlər tamamlanıb və artıq vaxtı gəlib çatıb. Bunun gəlmiş-keçmiş ən çox izlənən UFC tədbiri olacağına inanırıq.

Bu, bütün karyeramızın ən unikal və möhtəşəm gecəsi olacaq. Bir işə başlayanda hər zaman ən yaxşısını təqdim etməyi sevirəm, həm də böyük bir fərqlə. Bu səbəbdən həqiqətən xüsusi bir şey bizi gözləyir".

Qeyd edək ki, "Ağ Ev"də baş tutacaq UFC tədbiri iyunun 14-də keçiriləcək.