"İslam Maxaçev gəlmiş-keçmiş ən yaxşılardan biridir. Performansı məni təəccübləndirmədi".

Offsideplus.az xəbər verir ki, bunu keçmiş UFC çempionu Con Cons deyib.

O, başqa açıqlamalar da verib:

"Dana Uayt Aleks Pereyra ilə mənim aramda bir döyüş təşkil etməyi düşünmür."

38 yaşlı idmançı Daniel Kormye ilə münasibətindən də söz açıb:

"Daniel Kormye ilə aramızı düzəltmək istədim, lakin o, düşmən kimi davranmağa davam etdi. Hamı onu milyonların qarşısında necə ağlatdığımla xatırlayacaq".