"Beşiktaş"ın üzvü Adnan Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, futbolçu ilə "Neftçi" yaxından maraqlanır. Yarımmüdafiəçini təkcə flaqman istəmir. Yunanıstanın PAOK klubu da 22 yaşlı oyunçunun xidmətində maraqlıdır. Məlumatı "Fanatik" nəşri yayıb. 

Saloniki təmsilçisi futbolçunu icarəyə götürmək istəmir. Yunanlar bosniyalını birbaşa transfer etmək niyyətindədir.

Qeyd edək ki, Hasiç "Beşiktaş"dan başqa "Dinamo" (Zaqreb) və "Ümraniyespor" klublarında da çıxış edib.