Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı göstərici "Qarabağ"a aiddir. "Atlılar" 504 komanda arasında 191,25 xalla 39-cudur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mövqeyini 14 pillə yaxşılaşdırıb.

"Zirə" (62,25 xal) 361-ci, "Sabah" (60,75 xal) 379-cu, "Neftçi" (59,25 xal) isə 397-ci yerdə qərarlaşıb.

Hər üç klub müvafiq olaraq 8, 9, və 6 pillə irəliləyib.

Reytinqə 371 xalla "Real" başçılıq edir.