Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”ın Rusiya təmsilçisi “Orenburq” ilə matçının vaxtı müəyyənləşib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.