Mark Tamaşın xarici KİV-ə müsahibəsində “Neftçi"ni "Qarabağ"dan sonra ikinci ən yaxşı klub adlandırmasına aydınlıq gəlib.

Offsideplus.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun Macarıstanın “Fəhərvar” klubunun rəsmi saytına açıqlaması yanlış anlaşılıb. 

“Fəhərvar” klubu Markın o sözləri demək istəmədiyinə aydınlıq gətirib və baş verən anlaşılmazlığa görə təəssüfləndiklərini bildiriblər.