“Sabah” klubunda ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Emmanuel Apehlə yollarını ayırıb. Nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

"Sabah" Apehə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.