Gəncə təmsilçisi "Kəpəz"lə yollarını ayıran  Amil Yunanovla hələ də klubsuzdur.

Futbolçu bir müddət əvvəl "Şamaxı" ilə danışıq aparırdı. Lakin bu məsələdən səs-soraq çıxmamışdı. Yeniliklərin olub-olmadığını öyrənmək üçün futbolçu ilə əlaqə saxladıq. 

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Amil Yunanov bunları söylədi:

"Hələ ki, heç bir yenilik yoxdur. Mən də heç nə bilmirəm. Gözləyirəm, görək nə olacaq."