Avropanın ali futbol qurumu UEFA-ya üzv olan 55 federasiyaya maliyyə dəstəyi davam etdiriləcək.
Offsideplus.az xəbər verir ki, federasiyalara dəstək olmaq məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının bu gün 4 illik periodu başlayıb. Buna görə 2020-2024-cü illərdə davam edəcək yardım üçün 775,5 milyon fond yaradılıb. Bu dəfəki yardımın əvvəlki illərlə müqayisədə 27 faiz artırıldığı vurğulanıb.
UEFA 2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır.