İngiltərənin “Uotford” klubunun futbolçusu Andre Qrey özünə ad günü ziyafəti təşkil edib.

Offsideplus.az xəbər verir ki, ingilis hücumçu iyunun 26-da, 29 yaşının tamam olmasına görə 20 nəfərin iştirak etdiyi parti verib.
Ziyafətdə komanda yoldaşlarından Dominqos KvinNataniel Çaloba da iştirak ediblər.

"Uotford" karantin qaydalarının pozulmasına görə bu üç oyunçunun heyətdən kənarlaşdırıldığını açıqlayıb. Baş məşqçi Naycel Pirsonun qərarına əsasən Qrey, Çaloba və Kvin əsas komandadan müvəqqəti kənarlaşdırılıb. 
İngiltərədə koronavirus pandemiyasına görə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bunlardan biri də altı nəfərdən çox insanın bir yerə toplaşmamasıdır.