Adı "Qalatasaray" klubu ilə hallanan "Mançester Siti"nin məşhur qapıçısı Klaudio Bravo bu məsələyə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı çilili qolkiper qərarını ailə üzvləri ilə birgə vermək istədiyini bildirib:
"İşinizi yaxşı gördükdə, adınız yaxşı klublarla hallanır. Ailəmlə birlikdə rahat yaşayacağımız bir yer istəyirik. Əgər Çiliyə qayıtsam, məmnuniyyətlə "Kolo Kolo" klubunun formasını geyinməyə hazıram. Elə olmasa da, getdiyim istənilən komandada əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"
Qeyd edək ki, "Qalatasaray" klubu Bravonu uzun müddətə zədələnən Musleranın əvəzləyicisi olaraq heyətinə cəlb etməyi düşünür.
Əlavə edək ki, təcrübəli əlcək ustası ilə "Seltik" və "Arsenal" kimi klublar da maraqlanır.