Premyer Liqanın 30-cu turunda “Everton”la qarşılaşacaq “Liverpul” bu görüşə itkilərlə çıxa bilər.

Offsideplus.az xəbər verir ki, “mersisaydlılar"ın müdafiəçisi Endi Robertson və hücumçusu Məhəmməd Salahın bu oyunda iştirakı sual altındadır.

Buna səbəb, futbolçuların fiziki cəhətdən hazır olmamasıdır. Koronavirus səbəbiylə yaranan uzun fasilədən sonra onların fiziki formalarını tam bərpa edə bilmədikləri bildirilir.

Qeyd edək ki, “Everton” - “Liverpul” matçı iyunun 21-də keçiriləcək.