İcarə əsasında PSJ klubunda çıxış edən Mauro İkardi və xanımı Vanda Naranın həyatından bəhs edən film çəkiləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Vanda Nara Argentina mətbuatına açıqlamasında məlumat verib.

O bildirib ki, filmin süjet xəttini cütlüyün həyat yolu və taleyi təşkil edir. Eyni zamanda futbolçunun meneceri də olan Vanda Nara filmin bir hissəsinin Argentinada, digər qisminin isə Avropada çəkiləcəyini bildirib. 

Onun rolunu kimin oynayacağı sualına cavab verməyən Vanda bir sıra maraqlı fikirlər də səsləndirib:

"Əksər insanlar mənim haqqımda çox şey bildiklərini düşünürlər, ancaq bu belə deyil. Əgər bu film mənim uşaqlığımdan da bəhs etsəydi, uzun bir serial olmalı idi. Bunun üçün bir pandemiyaya da ehtiyac duyardıq"