Koronavirusa görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pilləni tutan “Amyen”“Tuluza”nın elitanı tərk etməsi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. Mövsümün erkən başa çatdırıldığı açıqlanarkən bu iki klub qərarla razılaşmadığından məhkəməyə müraciət etmişdi.

Bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq.  “Amyen”lə “Tuluza”nı elitada Liqa 2-nin son mövsümünün qalibi “Loryan” və ikinci pilləni tutan “Lans” əvəz edəcək.