Koronavirus pandemiyası səbəbi ilə yarımçıq dayandırılan La Liqa bərpa olunur.

Offsideplus.az xəbər verir ki, mövsüm iyunun 12-də, cümə günü “Əndəlus” derbisi - “Sevilya” – “Betis” görüşü ilə davam edəcək.

La Liqa prezidenti Xavyer Tebas oyunçu təmaslarını izləmək üçün "video təmas sistemi"nin tətbiq olunacağını bildirib.

Turun digər matçlarının təqvimi mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.