"Fənərbağça" transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəni xəttində dəyişiklik etmək istəyir. 

"Sarı lacivərtlilər" ilk olaraq "Real"ın üzvü Marselonu transfer etmək istəyir. Məlumatı Türkiyə mətbuatı yayıb.

Kluba çox yaxın olan "TV8" kanalının rəhbəri Acun İlicalı da "Youtube"da yayımlanan verilişlərin birində "Fənərbağça"ya sol cinahın kralı gəlir" deyə açıqlama verib.

Qeyd edək ki, braziliyalı müdafiəçinin "Real"la 2022-ci ilə qədər müqaviləsi var.