Azərbaycan milli komandasının noyabrın 19-da İsveç yığması ilə Solnada keçirəcəyi UEFA Milətlər Liqasının sonuncu tur oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, “Strouberri Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək:
19 noyabr
İsveç - Azərbaycan
“Strouberri Arena”. Saat 23:45
Baş hakim: Paveł Raczkovski
Baş hakimin köməkçiləri: Radovłav Siejka, Adam Kupsik
Dördüncü hakim: Vojciech Myc