Estoniya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Slovakiyaya qarşı keçirəcəyi oyunların heyəti bəlli olub.

Offsideplus.az əbər verir ki, estonları C Liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da Qəbələdə Azərbaycana, 19-da isə Trnavada Slovakiyaya qarşı oyunları gözləyir.

Estoniya millisinin baş məşqçisi Yurgen Henn bu matçlara 26 futbolçu dəvət edib. Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 4 hücumçu yer alıb:

Qapıçılar: Karl Yakob Heyn ("Valyadolid", İspaniya), Matvey İqonen ("Botev", Bolqarıstan), Karl Andre Vallner ("Levadiya");

Müdafiəçilər: Karol Mets ("Sankt Pauli", Almaniya), Yonas Tamm ("Botev", Bolqarıstan), Marten Kusk ("Katovitse", Polşa), Maksim Paskotsi ("Qrasshopper", İsveçrə), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi "Levadiya"), Mixail Lilander, Yosep Saliste (hər ikisi "Payde").

Yarımmüdafiəçilər: Vlasi Sinyavski ("Slovatsko", Çexiya), Martin Miller ("Bohemians, İrlandiya), Markus Poom ("Şemrok Rovers", İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi "Levadiya"), Rokko Robert Şeyn ("Dordrext", Niderland), Markus Soomets, Danil Kuraksin (hər ikisi "Flora"), Martin Vetkal ("Brommapoykarna", İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal ("Payde").

Hücumçular: Sergey Zenyov ("Flora"), Henri Anier ("Li Man", Honkonq), Aleks Mattias Tamm ("Nımme Kalyu"), Robi Saarma ("Payde").

Xatırladaq ki, Azərbaycan Estoniya qarşılaşması noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.