Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsində Avstriya ilə bugünkü oyunu üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi Türkiyənin "Tuzlaspor" klubundan müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə iştirak ərizəsinə daxil etməyib.
Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan - Avstriya matçı saat 20:00-da başlanacaq.